Pezeşkian:
Dünya
123
17:30, Bu gün

Pezeşkian: "Oman danışıqları ədalətli həll yolu üçün fürsətdir" - VİDEO

İran prezidenti Məsud Pezeşkian ABŞ ilə Omanda aparılan danışıqları "ədalətli həll yolu üçün uğurlu fürsət" adlandırıb.

Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Onun sözlərinə görə, qonşu ölkələrin dəstəyi və Omanın ev sahibliyi ilə baş tutan nüvə danışıqlarının yeni mərhələsi mövcud problemlərin diplomatik yolla həlli üçün əlverişli şərait yaradır.

İran prezidenti bildirib ki, Tehran Nüvə Silahlarının Yayılmaması Müqaviləsi çərçivəsində, o cümlədən uranın zənginləşdirilməsində hüquqlarının qorunmasında israrlıdır.

Pezeşkian əlavə edib ki, qarşı tərəf öhdəliklərinə əməl edərsə, İran istənilən nəticəyə nail olmağa hazırdır.

Onun sözlərinə görə, İslam Respublikası verdiyi vədlərə sadiqdir və səmimi əməkdaşlıq istəyən ölkələrlə münasibətləri inkişaf etdirməyə açıqdır.

Xatırladaq ki, 2025-ci il dekabrın 29-da Tehranda İran rialının kəskin düşməsi səbəbindən ticarətçilərin etiraz aksiyaları başlayıb. Bir gün sonra etirazlara tələbələr də qoşulublar. Narazılıqlar qısa müddətdə İranın əksər iri şəhərlərinə yayılıb. 2026-cı il yanvarın 2-də vəziyyət daha da gərginləşib - şəhər küçələrində naməlum silahlı qruplar peyda olub. Etirazçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşma halları artıb.

İğtişaşların zirvəsi 8 yanvar axşamına təsadüf edib, bu zaman ən azı 12 mülki vətəndaş, o cümlədən bir uşaq həlak olub. Hakimiyyət orqanları 25 hüquq-mühafizə əməkdaşının həlak olduğunu bildirib. Tehran meri Əlirza Zakani deyib ki, etirazçılar paytaxtda 25 məscidi yandırıb, 26 bank, üç tibb mərkəzi, 10 dövlət müəssisəsi, 48 yanğınsöndürən maşın, 42 avtobus və təcili yardım maşını, həmçinin 24 mənzilə ziyan vurublar. İran hakimiyyəti iğtişaşçıları terrorist adlandırıb və hadisələrin təşkilində İsrail və ABŞ-ni təqsirləndirib.

Link kopyalandı!
Son xəbərlər