20:09
6°C
Bakı
Böyük Britaniyanın Baş naziri Kir Starmerin ictimaiyyətlə əlaqələr üzrə icraçı direktoru Tim Allan ABŞ-dəki keçmiş Britaniya səfiri Piter Mandelssonun maliyyəçi Ceffri Epşteynlə əlaqələri ilə bağlı qalmaqal fonunda istefa verib.
Moderator.az xəbər verir ki, bu barədə "Sky news" məlumat yayıb.
"Mən Dauninq-stritdə yeni komandanın formalaşdırılması üçün istefa verməyə qərar verdim. Baş nazirə və onun komandasına uğurlar arzulayıram", - T.Allan bəyanatda bildirib.