Sahildə qayıq aşdı - İtkin düşənlər var
Dünya
118
16:29, Bu gün

Sahildə qayıq aşdı - İtkin düşənlər var

Liviya sahillərində göyərtəsində 55 nəfərin olduğu rezin qayığın aşması nəticəsində ikisi körpə olmaqla 53 miqrant ölüb və ya itkin düşüb.

Moderator.az xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı informasiya yayıb.

Qeyd edilib ki, qayıq fevralın 6-da Liviyanın Zuvara yaşayış məntəqəsindən şimalda aşıb.

Məlumata görə, axtarış-xilasetmə əməliyyatı zamanı yalnız iki nigeriyalı qadın xilas edilib. Sağ qalanlardan biri ərini, digəri iki körpəsini itirdiyini bildirib.

Sağ qalanların dediklərinə görə, Afrika ölkələrindən olan miqrantları və qaçqınları daşıyan qayıq fevralın 5-də Liviyanın Əl-Zaviyyə yaşayış məntəqəsindən yola düşüb. Qayıq suya girdikdən təxminən altı saat sonra çevrilib.

Məlumata görə, təkcə ötən ay Aralıq dənizinin mərkəzi hissəsində ekstremal hava şəraiti zamanı baş verən çoxsaylı gəmi qəzaları nəticəsində azı 375 miqrant ölüb və ya itkin düşüb.

Link kopyalandı!
Son xəbərlər