Erman Toroğlu istintaqa çağırılıb
Dünya
174
16:15, Bu gün

Erman Toroğlu istintaqa çağırılıb

Türkiyəli futbol şərhçisi, sabiq hakim Erman Toroğlu istintaqa çağırılıb.

Moderator.az “Milliyet” qəzetinə istinadən xəbər verir ki, onun barəsində efirdə səsləndirdiyi fikirlərə görə istintaq başladılıb.

O, dezinformasiya yaymaqda ittiham olunur.

Toroğlu "Dursun Özbek ("Qalatasaray" klubunun prezidenti-red.) Türkiyə Futbol Federasiyasının prezidenti ilə gizli görüşündə "Biz bu il çempion olmağa məcburuq, vəziyyət çox pisdir, bizə kömək ol" deyib" ifadəsini dilə gətirdiyi üçün hazırda araşdırma aparılır.

Link kopyalandı!
Son xəbərlər