19:03
6°C
Bakı
Azı üç nəfər İtaliyada Qış Olimpiya Oyunlarının keçirildiyi yerlərə yaxın ərazidə hazırlanmış traslardan kənarda xizək sürərkən qar uçqunu nəticəsində həlak olub.
Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Deyli Meyl" qəzeti məlumat yayıb.
Məlumata görə, xizəkçilərdən biri Dolomit yüksəkliyindəki Marmolada buzlağında, digər ikisi isə Albosaggia kəndi yaxınlığında həlak olub.