Əraqçi: İran əvvəlki müharibə və danışıqlardan dərs çıxarıb
Dünya
171
16:00, Bu gün

Əraqçi: İran əvvəlki müharibə və danışıqlardan dərs çıxarıb

Danışıqların bu raundu ilə əvvəlkilər arasında yeganə oxşarlıq onların formatındadır.

Moderator.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Omanın Maskat şəhərində ABŞ ilə danışıqların yekununa dair mətbuat konfransında deyib.

"Digər cəhətdən prinsipial fərqlər mövcuddur. İran həm əvvəlki müharibədən, həm də danışıqlardan mühüm dərslər çıxarıb və indi biz gözlərimiz açıq, baş verən hər şeyi tam dərk edərək danışıqlar aparırıq" , - nazir bildirib.

Onun sözlərinə görə, budəfəki danışıqlarda tərəflərin ciddilik səviyyəsi qiymətləndirilib. "Mən dəfələrlə demişəm ki, danışıqların formatı həlledici amil deyil. Dolayı danışıqlar beynəlxalq münasibətlərdə geniş yayılmış və qəbul edilmiş təcrübədir" , - Əraqçi deyib. O, əlavə edib ki, razılaşma üçün qarşılıqlı maraqlar nəzərə alınmalıdır.

Link kopyalandı!
Son xəbərlər