18:07
7°C
Bakı
Təl-Əvivin mərkəzində "Qabima" teatrı yaxınlığındakı meydanda təxminən 1 500 nəfər hökumət əleyhinə nümayişə toplaşıb.
Moderator.az xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti məlumat yayıb.
Bildirilib ki, əsas tələb 2023-cü il oktyabrın 7-də HƏMAS silahlılarının İsrailə kütləvi hücumunun qarşısının alınmasındakı uğursuzluğun səbəb və nəticələrini araşdırmaq üçün dövlət komissiyasının yaradılması olub.
Nəşrin məlumatına görə, nümayişdə keçmiş girovlar və onların qohumları, həmçinin qeyri-hökumət və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.