ABŞ Yaxın Şərqə hərbi yüklərin daşınmasını artırır
Dünya
121
14:15, Bu gün

ABŞ Yaxın Şərqə hərbi yüklərin daşınmasını artırır

ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi-nəqliyyat aviasiyası Yaxın Şərqə hərbi yüklərin daşınmasını artırmağa davam edir.

Moderator.az xəbər verir ki, bu, "Flightradar24" və "ADS-B Exchange" aviasiya resurslarının məlumatlarında yer alıb.

Son iki gün ərzində ABŞ ağır hərbi-nəqliyyat təyyarələri "C-17A Globemaster III" və "C-5 Galaxy" regiona təxminən 15 reys həyata keçirib. Bu da əvvəlki iki günə nisbətən demək olar, 1,5 dəfə çoxdur. Yüklərin böyük hissəsi silahlanmasında "Patriot" zenit-raket kompleksləri və THAAD raketdən müdafiə sistemləri olan quru qoşunları birləşmələri və HHM hissələrinin bazalarının Texasdakı aerodromlarının payına düşür.

"C-17A Globemaster III" təyyarəsi 75 ton yük və "C-5 Galaxy" isə 118 tona qədər yük daşıya bilir.

Məlumata görə, ABŞ HHQ-nin hərbi-nəqliyyat aviasiyası yanvardan Yaxın Şərqə 120-dən çox reys həyata keçirib.

Link kopyalandı!
Son xəbərlər