Şiveluç vulkanı 11.6 km hündürlüyə kül püskürüb
Dünya
245
12:50, Bu gün

Şiveluç vulkanı 11.6 km hündürlüyə kül püskürüb

Rusiyanın Kamçatka diyarında Şiveluç vulkanı dəniz səviyyəsindən 11.6 km hündürlüyə güclü kül püskürüb.

Moderator.az xəbər verir ki, bu barədə Kamçatka Vulkan Püskürmələrinə Reaksiya Qrupu məlumat yayıb.

Vulkanoloqların məlumatına görə, püskürmə yerli vaxtla saat 14:08-də (Bakı vaxtı ilə saat 06:08 - red.) baş verib. Kül buludu şimal-qərb istiqamətində 40 km məsafəyə uzanıb. Aviasiya üçün vulkan ərazisində uçuşlar üçün təhlükə barədə xəbərdarlıq edən ən yüksək - "qırmızı" təhlükə kodu müəyyən edilib.

Qeyd edək ki, Şiveluç Kamçatkada fəaliyyətdə olan vulkandır.

Link kopyalandı!
Son xəbərlər