İranın xarici işlər naziri Abbas Əraqçı bəyan edib ki, ölkəsi, hətta müharibəyə səbəb olsa belə, uranı zənginləşdirmə hüququnda israr edir.
Moderator.az bildirir ki, bu barədə Əraqçı rəsmi "Telegram" kanalında açıqlama verib.
"Nə üçün biz uranın zənginləşdirilməsində bu qədər israr edirik, buna davam edirik və bizə müharibə diktə edilsə belə, ondan imtina etməyə hazır deyilik? Çünki heç kimin bizə nə etməli olduğumuzu diktə etmək hüququ yoxdur", - deyə o vurğulayıb.
Bununla belə, nazir vurğulayıb ki, İran diplomatiya və danışıqlara üstünlük verir. "Əgər onlar diplomatiyanı seçsələr, biz də eyni yolla gedəcəyik. Əgər İran xalqı ilə hörmət dilində danışsalar, biz də hörmət dilində cavab verəcəyik, lakin güc dilində danışsalar, biz də güc dili ilə cavab verəcəyik", - deyə Əraqçı bildirib.