Ukrayna SQ:
Dünya
145
11:30, Bu gün

Ukrayna SQ: "Starlink"in söndürülməsi cəbhədəki vəziyyəti dəyişib

Rabitə problemləri cəbhənin bir sıra istiqamətlərində Rusiya ordusunun bölmələrinin idarə olunmasını kəskin şəkildə çətinləşdirib.

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin (SQ) Birləşmiş Qüvvələr Qruplaşmasının mətbuat xidməti "Telegram"da məlumat yayıb.

"Starlink" terminallarının söndürülməsindən sonra Rusiya qoşunlarında döyüş meydanında bölmələrin idarə edilməsində ciddi çətinliklər yaranıb. Hərbçilər qeyd ediblər ki, bu, ilk növbədə, kiçik hücum qruplarına dəstək üçün pilotsuz uçuş aparatlarından (PUA) istifadədə özünü göstərib.

Bildirilib ki, sabit rabitənin olmaması səbəbindən əvvəllər hücum taktikasının əsas elementi sayılan real vaxt rejimində hərəkətlərin koordinasiyası imkanı itib.

"Peyk rabitəsinin kəsilməsi mürəkkəb hava şəraiti ilə birlikdə düşmənin oturuşmuş sxemlərini faktiki olaraq iflic edib. Dronların himayəsi altında fəaliyyət göstərən kiçik qruplar daimi nəzarət və korreksiya imkanından məhrum olublar. Nəticədə belə bölmələrin səmərəliliyi kəskin şəkildə azalıb, əməliyyatların özü isə parçalanmış və koordinasiyasız hala düşüb", - məlumatda qeyd olunub.

Fevralın əvvəlində amerikalı sahibkar və kosmosda "Starlink" internet peyklərini yerləşdirən "SpaceX" şirkətinin sahibi İlon Mask Rusiya qoşunlarının "Starlink" şəbəkəsindən istifadəsinin uğurla məhdudlaşdırıldığını bəyan etmişdi.

Link kopyalandı!
Son xəbərlər