Siyarto: Brüssel Budapeşti hər gün müharibəyə cəlb etməyə çalışır
Dünya
176
10:47, Bu gün

Siyarto: Brüssel Budapeşti hər gün müharibəyə cəlb etməyə çalışır

Brüssel hər gün Budapeşti müharibəyə cəlb etmək cəhdləri göstərir.

Moderator.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto bəyan edib.

Onun sözlərinə görə, Macarıstan hökumətinə təzyiq daimi xarakter daşıyır və məqsəd ölkənin münaqişə ilə bağlı mövqeyini dəyişməkdir.

Siyarto qeyd edib ki, bunun üçün Brüssel əvvəlcə Macarıstan hökumətini dəyişməli olardı.

“Brüsseldə rəhbərlikdə fon der Lyayen qaldığı və qonşuluqda müharibə davam etdiyi müddətdə bu proses dayanmayacaq. Hər gün səhərdən axşama qədər bizim vəzifəmiz Brüsselin təzyiqlərinə müqavimət göstərmək olacaq”, — deyə nazir vurğulayıb.

Link kopyalandı!
Son xəbərlər