Güclü partlayış baş verdi - Ölənlər var
Dünya
1400
08 Feb 2026 | 10:45

Güclü partlayış baş verdi - Ölənlər var

Çinin şimalındakı müəssisədə baş verən partlayış nəticəsində səkkiz nəfər həlak olub.

Moderator.az bu barədə "Xinhua" agentliyinə istinadən xəbər verir.

Hadisə Şansi əyalətinin Şoçjou şəhərinin Şanyin qəzasında yerləşən "Jiapeng" biotexnologiya şirkətinin zavodunun sexlərindən birində baş verib. Partlayışın səbəbləri barədə məlumat daxil olmayıb.

Hadisə ilə əlaqədar şirkətin rəsmi nümayəndəsi saxlanılıb. İnsidentin araşdırılması üçün hadisə yerində istintaq qrupu yaradılıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər