İtaliyada dəmiryol relslərində partlayıcı qurğu aşkar edildi
Dünya
237
21:13, Bu gün

İtaliyada dəmiryol relslərində partlayıcı qurğu aşkar edildi

İtaliyanın şimalında bir sıra qatar qəzaları baş verib və bu, həm yüksəksürətli şəhərlərarası, həm də regional qatarlarda gecikmələrə səbəb olub.

Moderator.az xəbər verir ki, bu barədə EFE xəbər agentliyi İtaliya dövlət dəmiryol şirkətinin açıqlamasına istinadən məlumat yayıb.

İlk hadisə səhər saatlarında Kastel-Maccore şəhəri yaxınlığında baş verib və burada rabitə xətləri zədələnib. Daha sonra Bolonya ilə Paduya arasındakı dəmiryol relslərində partlayıcı qurğu aşkar edilib, bundan başqa, Pezaro stansiyasının elektrik panelində yanğın baş verib.

Hadisələrlə əlaqədar olaraq hökumət orqanları araşdırmalara başlayıb. Qış Olimpiya Oyunlarının açılışı ilə üst-üstə düşə biləcək təxribat aktları ehtimalı istisna edilmir.

Link kopyalandı!
Son xəbərlər