İngiltərədə dəhşətli cinayət: Baba, ata və qardaşlar altı yaşlı qıza illərlə təcavüz etdilər
Dünya
348
18:49, Bu gün

İngiltərədə dəhşətli cinayət: Baba, ata və qardaşlar altı yaşlı qıza illərlə təcavüz etdilər

Böyük Britaniyanın cənub-şərq hissəsində yerləşən Sasseks Kral Məhkəməsi azyaşlıya qarşı illərlə davam edən sistematik təcavüz və qəddar işgəncələrə görə bir ailənin üç nəslinin nümayəndələrinə ümumilikdə 100 il həbs cəzası kəsib.

Bu dəhşətli hadisə barədə "The Sun" qəzeti xəbər yayıb.

İstintaq araşdırmaları zamanı məlum olub ki, qızcığaz hələ altı yaşında ikən babası, atası və iki qardaşı tərəfindən cinsi istismara məruz qalıb. O, bu barədə anasına şikayət etsə də, qadın övladını döyüb, onu şkafa salaraq kilidləyib və iki gün ərzində ac saxlayıb. Ana uşağı günahlandıraraq, onun həyatını cəhənnəmə çevirdiyini və buna qarşılıq olaraq özünün də uşağın həyatını cəhənnəmə döndərəcəyini bildirib.

Həmin vaxtdan etibarən uşaq mütəmadi olaraq cinsi zorakılığa, fiziki təzyiqlərə və işgəncələrə dözməli olub. Zərərçəkən yalnız 12 yaşına çatdıqda başına gələnləri məktəb müəlliminə danışmaq cürətini tapıb. Məhkəmədə ifadə verən qız qeyd edib:

"Evə getməkdən dəhşətli dərəcədə qorxurdum, çünki valideynlərimin məni döyəcəklərini bilirdim. Müəlliməyə dedim ki, evə qayıtmaq məndə təşviş yaradır. Valideynlərimin məni daim ələ saldıqlarını və bunun illərdir davam etdiyini söylədim. Daha sonra isə bütün bu cinsi istismar faktları barədə danışmağa başladım".

Pedaqoq dərhal hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verib və nəticədə bütün ailə üzvləri saxlanılıblar. Uşağın dediklərinə görə, anası onu danlayaraq babasının həbsxanada cəza çəkmək üçün həddindən artıq yaşlı olduğunu iddia edib.

Məhkəmə prosesinin yekununda zərərçəkənin 70 yaşlı babası, 43 yaşlı atası və 20 yaşlı qardaşları 13 yaşına çatmamış uşağa qarşı təcavüz və digər xarakterli cinsi zorakılıq əməllərində təqsirli biliniblər. 43 yaşlı ana isə 16 yaşından kiçik şəxsə qarşı qəddarlıq nümayiş etdirmək, qanunsuz olaraq azadlıqdan məhrum etmək və ədalət mühakiməsinin həyata keçirilməsinə mane olmaq maddələri ilə ittiham olunub.

Link kopyalandı!
Son xəbərlər