20:07
8°C
Bakı
Fransanın Milli Maliyyə Prokurorluğu keçmiş mədəniyyət naziri Cek Lanq və qızı Karolinanı Epşteyn işinə görə istintaqa cəlb edib.
Moderator.az xəbər verir ki, onlar çirkli pulların yuyulmasında ittiham olunurlar.
Prokurorlar diqqəti 2016-cı ildə Karolin Lanq və Epşteyn tərəfindən Vircin adalarında qeydiyyatdan keçirilmiş ofşor şirkətə yönəldiblər. Cek Lanqın özü də şirkətin sahibləri arasında idi. Bundan əlavə, Epşteynin vəsiyyətnaməsində keçmiş fransız məmurunun qızının 5 milyon dollara haqqı olduğu qeyd olunur.
Lanq tezliklə Epşteyn işi ilə bağlı Fransa Xarici İşlər Nazirliyinə çağırılacaq. Onun rəhbərlik etdiyi Ərəb Dünyası İnstitutu istefa tələbi ilə çıxış edib, amma keçmiş nazir bundan imtina edib.