"Ukrayna qüvvələri Rusiya ordusunun canlı qüvvə və texniki hədəflərinə zərbələrini davam etdirir, strateji obyektlərə ciddi ziyan vurur..."
Ukrayna Müdafiə Qüvvələri (UMQ) Rusiyanın "Uraqan" reaktiv yaylım atəş sistemi və bir sıra digər mühüm hədəflərini məhv edib.
Moderator.az xəbər verir ki, bu barədə UMQ Baş Qərargahı məlumat vetib. Məlumatı "rbc.ua" nəşri yayıb.
"Uraqan" sistemləri və digər hədəflər vurulub
Məlumata görə, Donetsk vilayətinin müvəqqəti işğal olunmuş Novomayorsk qəsəbəsində düşmənin "Uraqan" sistemləri vurulub. Eyni zamanda Çasov Yar ətrafında və Zaporojiye vilayətinin Rovnopolye qəsəbəsi yaxınlığında düşmənin canlı qüvvə toplaşmaları hədəfə alınıb. Qülyaypole ərazisində düşmənin PUA idarəetmə nöqtəsi, Rovno yaxınlığında isə hərbi təchizat anbarı məhv edilib.
Komış-Zarya qəsəbəsində FPV dronlarının istehsalı və pilot hazırlığı mərkəzinə də zərbə endirilib. Baş Qərargah bildirib ki, düşmənin itkiləri dəqiqləşdirilir və Ukrayna qüvvələri onun hücum potensialını azaltmaq üçün hədəfli əməliyyatları davam etdirəcək.
Rusiyanın strateji raket zavoduna zərbə
Eyni gündə Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) uzaqmənzilli dronları Tver vilayətinin Redkino qəsəbəsində yerləşən strateji zavodu vurub. Bu müəssisə X-55 və X-101 raketləri üçün "decilin-M" yanacaq komponentləri, eləcə də dizel və aviasiya yanacağı əlavələri istehsal edir.
UTX mənbələrinin bildirdiyinə görə, zərbələrdən sonra zavod ərazisində güclü yanğın başlayıb və FIRMS xidməti aktiv alovlanmanı qeydə alıb. Zavod ABŞ, Böyük Britaniya və digər ölkələrin sanksiyaları altındadır.
Dronlar və artilleriyanın rolu
UMQ-nin məlumatına əsasən, hazırda cəbhədə atəş təsirinin təxminən 60 faizi dronların, 40 faizi isə artilleriyanın payına düşür. Baş komandan Aleksandr Sırski bildirib ki, dron sistemləri ayrıca hərbi istiqamət kimi gücləndirilir.
Xatırladaq ki, 2025-ci ilin dekabrında UTX-nın "Alfa" mərkəzinin dronları Xəzər dənizində Filanovsk və Korçagin neft platformalarına da zərbələr endirmişdi. Bu obyektlər "Lukoyl-Nijnevoljskneft" şirkətinə məxsusdur.
Ümumilikdə, Ukraynanın son əməliyyatları həm döyüş meydanında, həm də Rusiyanın arxa cəbhəsində yerləşən strateji obyektlərdə düşmənin hücum imkanlarını əhəmiyyətli dərəcədə zəiflədir.