Almaniyada dünyanın ən uzun asma körpüsü partladıldı: Maraqlı görüntülər
Dünya
345
17:50, Bu gün

Almaniyada dünyanın ən uzun asma körpüsü partladıldı: Maraqlı görüntülər

Almanlar dünyanın ən uzun asma körpüsünü partlatmaq üçün 66 kiloqram partlayıcı maddədən istifadə ediblər.

Moderator.az xəbər verir ki, bu barədə NL nəşri yazıb.

Nəşr hadisənin videosunu yayımlayıb - uzunluğu yarım kilometrdən çox, eni 204 metr və hündürlüyü 80 metr olan nəhəng partlayışlar seriyasından sonra yavaşca çöküb.

Yerli sakinlər körpüyə Brandenburqun "uzanmış Eyfel qülləsi" adını veriblər. Və körpü, həqiqətən də, hansısa şəkildə məşhur Paris abidəsini xatırladırdı.

Lakin bu, sadəcə körpü deyil, gələcək kanalın iki sahilini birləşdirən xüsusi mexanizmdir. Bildirilir ki, 45 illik istismar müddətində onun köməyi ilə 3.5 milyard kubmetr torpaq daşınıb.

Təəssüf ki, bu mexanizmin sonrakı istismarı səmərəsiz hala gəlib və "körpü"nü partlatmaq qərarı verilib.

 

(oxu.az)

Link kopyalandı!
Son xəbərlər