18:49
8°C
Bakı
Əfqanıstanın Bədəxşan əyalətində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 12 nəfər ölüb, üç nəfər yaralanıb.
Moderator.az xəbər verir ki, bu barədə "Xinhua" məlumat yayıb.
Məlumata görə, qəza Faizabad şəhərindən Arqancva rayon mərkəzinə hərəkət edən nəqliyyat vasitəsinin yoldan çıxaraq dərəyə düşməsi nəticəsində baş verib.
Bədəxşan polisinin sözçüsü bildirib ki, ölən və yaralananlar arasında uşaqlar da var. İlkin məlumata əsasən, qəzaya dağ yolundakı əlverişsiz şərait səbəb ola bilər.