Qızını 6 fevralda itirmişdi, 3 il sonra həmin tarixdə ana oldu
Dünya
2587
15:30, Bu gün

Qızını 6 fevralda itirmişdi, 3 il sonra həmin tarixdə ana oldu

Malatyada 6 fevral 2023-cü ildə baş verən zəlzələdə 12 yaşlı qızını itirən qadın 3 il sonra eyni gündə ana olub.

Moderator.az xəbər verir ki, Malatya Təhsil və Araşdırma Xəstəxanasında dünən oğlan uşağı dünyaya gətirən 37 yaşlı Gülten Sarıgülün 6 fevral zəlzələləri zamanı Çavuşoğlu məhəlləsindəki evləri dağılıb və həyat yoldaşı ilə birlikdə 3 övladı ilə dağıntı altında qalıblar.

Xilasedicilər tərəfindən dağıntılar altından sağ çıxarıldıqlarını deyən Sarıgül, 12 yaşlı qızı İkranurun isə saat 10:30 radələrində cansız bədəninin tapıldığını bildirib. Qızını itirdiyi gün yeni bir övlada qovuşmağın həm böyük sevinc, həm də dərin kədər hissi yaşatdığını ifadə edib:

“Biz də şokdayıq, heç belə bir şey gözləmirdik. Övladımızı itirdiyimiz bir tarixdə yenidən övlad sahibi olmaq bizim üçün sürpriz oldu. Həm kədərliyik, həm də xoşbəxtik. Dünən məzarlığı ziyarət etməliydik, gedə bilmədik. Körpəmizə hələ ad düşünməmişik”.

Ata Ahmet Sarıgül də eyni anda həm hüznü, həm də sevinci yaşadıqlarını qeyd edib:

“6 fevralda Allah bizə oğul bəxş etdi. Beşmərtəbəli binanın 4-cü mərtəbəsində yaşayırdıq. Qızımın vəfatının ildönümü idi, məzarlığa gedə bilmədik. Bu gün sevincliyik, amma eyni zamanda böyük qızımızı itirdiyimiz üçün kədərliyik”.

Malatya Təhsil və Araşdırma Xəstəxanasının qadın xəstəlikləri və doğum üzrə mütəxəssisi, doktor Fatih Yiğit isə 3 kilo 500 qram çəkidə dünyaya gələn körpənin və ananın səhhətinin yaxşı olduğunu bildirib:

“Xəstəmiz 6 fevral saat 10:30-da doğuş edib. Hər iki hadisənin eyni tarixə təsadüf etməsi, ümid edirəm ki, xəstənin kədərini bir qədər azaldar. Sarıgül ailəsinə körpələri ilə birlikdə sağlam, xoşbəxt və huzurlu bir ömür arzulayıram”.

 

Zəhra

Link kopyalandı!
Son xəbərlər