ABŞ-ın Benqazidəki konsulluğuna hücumda şübhəli bilinən şəxs Tripolidə saxlanılıb
Dünya
176
06 Feb 2026 | 23:58

ABŞ-ın Benqazidəki konsulluğuna hücumda şübhəli bilinən şəxs Tripolidə saxlanılıb

2012-ci ildə Benqazidəki ABŞ konsulluğuna hücumda şübhəli bilinən Zübeyr əl-Bakuş Tripolidəki evində saxlanılıb.

Moderator.az xəbər verir ki, bu barədə Liviya Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə müşaviri Əbdülbasit əl-Qadi məlumat verib.

"Məsud işi, əl-Baküş işi ilə bağlı vəziyyəti anlamaq üçün nümunəvi hesab olunur. Bu işdə şübhəli şəxs Tripolidəki evindən silahlı qruplaşma tərəfindən oğurlanıb. Daha sonra Milli Birlik Hökumətinə sadiq olan başqa bir qruplaşmaya təhvil verilib. Bundan sonra isə Liviya ərazisindən kənarda, konkret olaraq Maltada ABŞ rəsmilərinə verilib.", - məlumatda deyilir.

Link kopyalandı!
Son xəbərlər