Kreml Ukrayna üzrə danışıqların yeni raundunun anonsunu verdi
Dünya
252
06 Feb 2026 | 23:54

Kreml Ukrayna üzrə danışıqların yeni raundunun anonsunu verdi

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Ukrayna üzrə danışıqların yeni raundu tezliklə baş tutacaq.

Moderator.az bu barədə TASS agentliyinə istinadən xəbər verir.

Peskov həmçinin qeyd edib ki, Ukrayna nizamlanması üzrə danışıqların ABŞ-də keçirilməsi planlaşdırılmır.

Onun sözlərinə görə, bu barədə heç bir söhbət olmayıb.

Link kopyalandı!
Son xəbərlər