Bu xəstəxanada insan orqanlarının qanunsuz satışı aşkarlandı
Dünya
213
06 Feb 2026 | 23:16

Bu xəstəxanada insan orqanlarının qanunsuz satışı aşkarlandı

Hüquq-mühafizə orqanları Rusiyanın Sankt-Peterburq vilayətindəki leksandrovskaya xəstəxanasında insan orqanlarının qanunsuz satışını ifşa ediblər.

Moderator.az xəbər verir ki, patoloji şöbənin müdiri və kommersiya şirkətinin rəhbəri istintaqa cəlb olunub. Onların barəsində cinayət işi açılıb. Axtarışlar zamanı insan orqanları aşkar edilib.

İstintaq sənədlərinə görə, sahibkar həkimlə kimsəsiz və antisosi­al həyat tərzi sürmüş şəxslərin orqanlarının satışı barədə razılığa gəlib. Cəsədlərdən orqanlar və sümük toxumaları çıxarılıb, daha sonra kommersiya təşkilatlarına satılıb.

İstintaq davam edir, saxlanılan şəxslər barəsində həbs-qətimkan tədbiri seçilib.

Link kopyalandı!
Son xəbərlər