Baş katib: ATƏT Avropada müharibənin qarşısını almağa çalışır
Dünya
180
06 Feb 2026 | 22:25

Baş katib: ATƏT Avropada müharibənin qarşısını almağa çalışır

Avropa xalqları regionda gözlənilən müharibədən ehtiyat edirlər və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) bunun qarşısını almağa çalışır.

Moderator.az xəbər verir ki, bu barədə ATƏT-in Baş katibi Feridun Sinirlioğlu Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.

"Heç kim inkar edə bilməz ki, Avropa təhlükəsizlik problemi ilə üzləşib", - o deyib.

Baş katibin sözlərinə görə, hətta Avropa xalqları gözlənilən müharibədən ehtiyat edirlər.

"Söhbət təkcə davam edən yox, həm də gözlənilən müharibədən gedir. Buna görə də təhlükəsizlik təşkilatı bu problemlərin həlli ilə məşğul olmaq üçün mümkün olan hər şeyi etməlidir. Biz məhz bunu etməyə çalışırıq", - Sinirlioğlu vurğulayıb və əlavə edib ki, diplomatiyada nəticələr ani olmur, səbirli olmaq lazımdır.

Link kopyalandı!
Son xəbərlər