KİV:
Dünya
118
22:20, Bu gün

KİV: "Hizbullah"ın kəşfiyyat rəhbəri istefa verib

"Hizbullah"ın kəşfiyyat rəhbəri Vafik Safa cümə günü vəzifəsini tərk edib.

Moderator.az xəbər verir ki, bu barədə "Janoubia" xəbər portalı məlumat yayıb.

Bildirilib ki, təşkilatın rəhbərliyi elə həmin gün onun istefa ərizəsini qəbul edib.

Mənbələr Safanın gedişini yanvar ayında hərəkatda aparılan və onun rəhbərlik etdiyi xüsusi bölməyə təsir edən islahatlarla əlaqələndirirlər. Safanın səlahiyyətləri əhəmiyyətli dərəcədə məhdudlaşdırılsa da, o, işdən çıxarılmırdı.

Portalın məlumatına görə, onun vəzifəsini müvəqqəti olaraq Hacı Sacid kimi də tanınan Hüseyn Bərade tutub.

Xatırladaq ki, 2024-cü ilin oktyabrın 10-da İsrail Hərbi Hava Qüvvələrinin Livan paytaxtının mərkəzinə endirdiyi zərbədən sonra Safa ağır yaralanaraq xəstəxanaya yerləşdirilib. Safa hərəkatın həmin il sentyabrın 27-də öldürülən keçmiş baş katib Şeyx Həsən Nəsrullaha yaxın olub. O, Livan daxilində və xaricində mühüm vasitəçilik missiyalarını yerinə yetirib.

Link kopyalandı!
Son xəbərlər