Peskov Zelenskinin növbəti danışıqların ABŞ-da keçirilməsi ilə bağlı dediklərini təkzib edib
Dünya
186
06 Feb 2026 | 22:18

Peskov Zelenskinin növbəti danışıqların ABŞ-da keçirilməsi ilə bağlı dediklərini təkzib edib

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Volodimir Zelenskinin Ukrayna ilə bağlı növbəti danışıqların ABŞ-da keçirilməsi planlaşdırıldığı barədə dediklərini təkzib edib.

Moderator.az xəbər verir ki, Kreml sözçüsü bu barədə “RİA Novosti”yə açıqlaması zamanı danışıb.

O belə bir planın olmadığını və bu barədə heç bir müzakirə aparılmadığını bildirib.

O daha sonra əlavə edib ki, növbəti görüşün dəqiq tarixi hələ müəyyən edilməyib, lakin onun tezliklə baş tutması gözlənilir.

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna, Rusiya və ABŞ arasında növbəti üçtərəfli görüşün ABŞ-da keçiriləcəyinin gözlənildiyini deyib.

Link kopyalandı!
Son xəbərlər