Britaniyanın ABŞ-dakı sabiq səfirinin evində Epşteyn istintaqı ilə əlaqədar axtarış aparılıb
Dünya
175
06 Feb 2026 | 22:16

Britaniyanın ABŞ-dakı sabiq səfirinin evində Epşteyn istintaqı ilə əlaqədar axtarış aparılıb

Polis əməkdaşları məxfi hökumət məlumatlarının amerikalı maliyyəçi Ceffri Epşteynə ötürülməsi iddiası ilə əlaqədar olaraq Britaniyanın ABŞ-dakı sabiq səfiri Piter Mandelsonun iki evində axtarış aparıblar.

Moderator.az xəbər verir ki, bu barədə London polisi məlumat verib.

Axtarışlar biri İngiltərənin cənub-qərbindəki Uiltşirdə, digəri isə Londonun Kamden rayonunda olmaqla iki ünvanda aparılır.

"Axtarışlar 72 yaşlı bir kişinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı davam edən istintaqla əlaqədardır. O, saxlanılmayıb", - polis bildirib.

Link kopyalandı!
Son xəbərlər