Rusiyaya etiraz notaları sübut kimi istifadə ediləcək - XİN
Dünya
260
06 Feb 2026 | 21:40

Rusiyaya etiraz notaları sübut kimi istifadə ediləcək - XİN

Rusiyaya etiraz notaları bu ölkənin siyasi və hərbi rəhbərliyinin məsuliyyətini təmin etmək üçün sübut kimi istifadə ediləcək.

Moderator.az xəbər verir ki, bu barədə Litva Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Qeyd olunub ki, Vilnüsdəki Rusiya səfirliyinin rəsmisinə Ukraynanın mülki əhalisinə, enerji və digər obyektlərinə hücumlara görə etiraz notası göndərilib.

Notada bildirilir ki, Rusiyanın Ukraynada törətdiyi hərbi cinayətlərin təşkilatçıları və günahkarları iddia müddətindən asılı olmayaraq tapılacaq, məsuliyyətə cəlb ediləcəklər.

Link kopyalandı!
Son xəbərlər