Təqaüddə olan polis məmuru arvadını və vəzifəli şəxsi güllələyib
Dünya
286
06 Feb 2026 | 21:30

Təqaüddə olan polis məmuru arvadını və vəzifəli şəxsi güllələyib

Türkiyənin Sakarya vilayətində təqaüddə olan polis məmuru həyat yoldaşını və Milliyətçi Hərəkat Partiyasının rayon təşkilatının rəhbərini güllələyib.

Moderator.az bu barədə İHA agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, o, əvvəlcə evdə həyat yoldaşı ilə mübahisədən sonra silahından atəş açıb. Daha sonra Karapürçek rayonunda yerləşən ofislərdən birinə gedərək orada MHP-nin rayon təşkilatının rəhbəri Mustafa Hıraça atəş açıb.

Şübhəlinin atəş açdığı hər iki şəxs həlak olub. O, hadisədən sonra könüllü olaraq polis şöbəsinə gedərək təslim olub.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər