Qəddafinin oğlu belə dəfn olunacaq
Dünya
166
19:00, Bu gün

Qəddafinin oğlu belə dəfn olunacaq

Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin Əz-Zintan şəhərində qətlə yetirilən oğlu Seyf əl-İslamın dəfn mərasimi yalnız onun ailəsinin və iki yerli qəbilənin nümayəndələrinin iştirakı ilə keçiriləcək.

Moderator.az xəbər verir ki, bu barədə Seyf əl-İslamın cənazəsinin aparıldığı Bəni Vəlid şəhərindəki təhlükəsizlik rəsmisi məlumat verib.

"Dəfn mərasimində yalnız onun ailəsi və Liviyanın iki qəbilə şurasının üzvləri iştirak edəcək", - deyə məlumatda bildirilib.

"Əl-Hədət" qəzetinin məlumatına görə, hazırda Liviyada Qəddafi ailəsinə əsas dəstək mərkəzlərindən biri olan Bəni-Vəliddə Seyf əl-İslama anım duası üçün hazırlıqlar gedir. Öldürülən şəxsin qohumları əvvəllər bildirib ki, Qəddafinin oğlu babası və kiçik qardaşı Xamisin dəfn olunduğu qəbiristanlıqda dəfn olunacaq.

Link kopyalandı!
Son xəbərlər