İran ABŞ-nin uranın zənginləşdirilməsinə dair tələbini rədd edib
Dünya
141
18:57, Bu gün

İran ABŞ-nin uranın zənginləşdirilməsinə dair tələbini rədd edib

İran ABŞ ilə Maskatda (Oman) keçirilən danışıqların indiki raundunda uranın sıfır səviyyədə zənginləşdirilməsi tələbini rədd edib.

Moderator.az xəbər verir ki, bu barədə "Xinhua" agentliyi İranın "Mehr" xəbər agentliyinə istinadən məlumat yayıb.

Tərəflər diqqəti mövcud uran ehtiyatlarının zənginləşdirilməsi səviyyəsinin aşağı salınması məsələlərinə yönəldiblər.

Qeyd olunub ki, tərəflər arasında danışıqlar əvvəlki raundlarına nisbətən daha ciddi olub.

İran nümayəndə heyətinə İranın XİN rəhbəri Abbas Əraqçı, ABŞ nümayəndə heyətinə isə ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff rəhbərlik edib.

Link kopyalandı!
Son xəbərlər