Avropa Komissiyası Gürcüstana qarşı əlavə tədbirləri nəzərdən keçirəcək
Dünya
129
18:17, Bu gün

Avropa Komissiyası Gürcüstana qarşı əlavə tədbirləri nəzərdən keçirəcək

Avropa Komissiyası Gürcüstan hakimiyyətinin demokratik yola qayıtması üçün əlavə tədbirləri nəzərdən keçirəcək.

Moderator.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə sözçüsü Anitta Hiper bildirib.

Onun sözlərinə görə, Gürcüstanda demokratiya, azadlıq və Avropa İttifaqının dəstəklədiyi dəyərlər baxımından vəziyyətin yaxşılaşması ilə bağlı əlamətlər görünmür.

"Gürcüstanda istər vətəndaş cəmiyyəti, istərsə də söz azadlığı baxımından mövcud vəziyyətdə heç bir irəliləyiş əlaməti müşahidə olunmur. Siyasi kontekstə gəldikdə, biz Gürcüstanla siyasi münasibətlərin səviyyəsini aşağı salmışıq. Gürcüstan hökumətinə bütün birbaşa yardımları da dayandırmışıq və diplomatlar, yüksək vəzifəli məmurlar və onların ailə üzvləri üçün vizasız səfər rejimini ləğv etmişik", - Anitta Hiper əlavə edib.

Link kopyalandı!
Son xəbərlər