İran XİN rəhbəri: ABŞ-la danışıqlar yaxşı başlanğıcdır, müzakirələr davam etdiriləcək
Dünya
131
18:15, Bu gün

İran XİN rəhbəri: ABŞ-la danışıqlar yaxşı başlanğıcdır, müzakirələr davam etdiriləcək

İran və ABŞ arasında danışıqlar müsbət atmosferdə keçib.

Moderator.az xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi ABŞ-la nüvə danışıqlarından sonra yerli mediaya açıqlamasında deyib.

O, danışıqları yaxşı bir başlanğıc kimi dəyərləndirib.

Nazirin sözlərinə görə, hər iki tərəf öz fikirlərini müsbət şəraitdə mübadilə edə bilib.

“Yaxşı başlanğıc idi. Bu, belə də davam edə bilər. Müzakirələrin davam etdirilməsi barədə razılığa gəldik. Amma zaman və məkan tərəflərin paytaxtında müəyyən olunacaq”, - Əraqçi qeyd edib.

Link kopyalandı!
Son xəbərlər