19:25
6°C
Bakı
Omanda İran və ABŞ arasında İslam Respublikasının nüvə dosyesi üzrə danışıqlar başa çatıb.
Moderator.az xəbər verir ki, bu barədə İran dövlət televiziya və radio şirkəti məlumat yayıb.
Bildirilib ki, İran nümayəndə heyəti danışıqlar aparılan ərazini tərk edərək, yaşayış yerlərinə yola düşüblər.
Hansısa nəticələr olub-olmaması haqqında məlumat verilməyib.
Bundan əvvəl İran dövlət televiziyası danışıqların bir neçə gün çəkə biləcəyini bildirmişdi.