Ermənistan müdafiə nazirinin sabiq müavininin əmlakları müsadirə oluna bilər
Dünya
267
17:27, Bu gün

Ermənistan müdafiə nazirinin sabiq müavininin əmlakları müsadirə oluna bilər

Ermənistan müdafiə nazirinin sabiq müavininin daşınmaz əmlaklarını və 92 min dollarını müsadirə etmək istəyirlər.

Moderator.az Ermənistan mediasına istinadən xəbər verir ki, Baş Prokurorluğun məlumatına görə, Antikorrupsiya Məhkəməsi Artur Aqabekyana qarşı qanunsuz əldə edilmiş əmlak haqqında iş üzrə müvafiq iddia qaldırıb.

Qeyd edək ki, Aqabekyan 2000-2007-ci illərdə müdafiə nazirinin müavini vəzifəsində çalışıb. 2007-2012-ci illərdə parlamentin deputatı olub.

Aqabekyan qondarma “DQR”-in “daxili işlər naziri” də olub.

Link kopyalandı!
Son xəbərlər