21:30
6°C
Bakı
Ermənistan müdafiə nazirinin sabiq müavininin daşınmaz əmlaklarını və 92 min dollarını müsadirə etmək istəyirlər.
Moderator.az Ermənistan mediasına istinadən xəbər verir ki, Baş Prokurorluğun məlumatına görə, Antikorrupsiya Məhkəməsi Artur Aqabekyana qarşı qanunsuz əldə edilmiş əmlak haqqında iş üzrə müvafiq iddia qaldırıb.
Qeyd edək ki, Aqabekyan 2000-2007-ci illərdə müdafiə nazirinin müavini vəzifəsində çalışıb. 2007-2012-ci illərdə parlamentin deputatı olub.
Aqabekyan qondarma “DQR”-in “daxili işlər naziri” də olub.