Dünya
274
16:40, Bu gün

"Epşteyn işi"nin görünməyən tərəfləri - VİDEO

"Epşteyn fayllarının"nın (sənədlərinin) dərc olunması həqiqət anı olmalı idi - çoxları cavabları və ədaləti gözləyirdi. Lakin bunun əvəzinə, dünya hansısa paradoksal bir şey əldə etdi: daha çox detal məlum olduqca, məsələlərə bir o qədər də az aydınlıq gətirildi. Sənədlər çoxaldı, adlar bir-birinin ardınca ortaya çıxdı, şahid ifadələri dəhşətli cinayətlərin mənzərəsini yaratdı, ancaq bütün bunların nəticəsi həqiqətin kristallaşması deyil, daha da bulanıqlaşması oldu. Faylların dərc olunması mövzunu bağlamadı, onların ictimaiyyətə açıqlanması yalnız işi məntiqi sonluğa çatdıra biləcək mexanizmlərin tamamilə yoxluğunu üzə çıxardı".

Moderator.az-ın xəbərinə görə, bu barədə "Caliber"in analitik "YouTube" layihəsinin növbəti buraxılışında bəhs edilib.

Materialda qeyd edilir ki, "Epşteyn işi" əsas fiqurantın şəxsiyyətindən daha çox onun fəaliyyəti ətrafında institusional sükut zonasının yaranmasına görə maraqlıdır:

"Bu, sözün klassik mənasında sirr deyil. Çox sayda insanın əlində faktlara dair fraqmentlər var idi. Lakin məlumatlılıq hərəkətə çevrilmədi. Məhz bu məqamdan Qərb demokratiyası üçün əlverişsiz həqiqət ortaya çıxmağa başlayır. Və söhbət korrupsiyanın bayağı təzahüründən getmir. Söhbət potensial təqsirləndirilən şəxslərin əlaqələrə və təsir dairəsinə malik olmaları şərtlərində sistemin ümumilikdə işləməyə hazır olmamasından gedir".

Daha ətraflı videosüjetdə:

 

Link kopyalandı!
Son xəbərlər