Şagird məktəbdə balta ilə yaşıdlarına hücum etdi - VİDEO
Dünya
311
16:37, Bu gün

Şagird məktəbdə balta ilə yaşıdlarına hücum etdi - VİDEO

Qazaxıstanın Kulsarı şəhərində məktəbdə şagird balta ilə uşaqlara hücum edib.

Moderator.az xəbər verir ki, bu barədə yerli mətbuat polisə istinadən məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, məktəblilərə 10-cu sinif şagirdi hücum edib.

O, yaşıdları ilə münaqişədən sonra balta götürərək onlara tərəf hücuma keçib və sonra məktəb ərazisindən çıxıb.

"Hadisə nəticəsində iki şagird yüngül xəsarət alıb. İnsidenti törədən yeniyetmə müəyyən edilərək saxlanılıb", - deyə açıqlamada bildirilib.

Xəbərdə bildirilir ki, hadisənin bütün iştirakçıları və onların valideynləri polis bölməsinə aparılıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları xuliqanlıq maddəsi ilə cinayət işi açıblar.

Uşaqlara hücum edən şagird polis qeydiyyatına alınaraq, müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.

 

Link kopyalandı!
Son xəbərlər