ABŞ şirkətlərində 2009-cu ildən bəri ən kütləvi ixtisarlar baş verib
Dünya
175
05 Feb 2026 | 23:55

ABŞ şirkətlərində 2009-cu ildən bəri ən kütləvi ixtisarlar baş verib

ABŞ şirkətləri yanvar ayında 2009-cu ildəki Böyük resessiyanın pik dövründən bəri ən böyük ixtisar sayını elan ediblər.

Moderator.az bu barədə "Bloomberg" agentliyinə istinadən xəbər verir.

2026-cı ilin yanvar ayında ABŞ şirkətləri 108 435 iş yerini ixtisar edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 118% çoxdur. İşə qəbul planları isə 13% azalıb və 5 306 nəfər təşkil edib, bu, 2009-cu ildən bəri yanvar ayı üçün ən aşağı göstəricidir.

Hesabata görə, yanvar ayında ixtisarların əsas səbəbləri iri müştərilərlə müqavilələrin itirilməsi, iqtisadi şərait və restrukturizasiya olub.

Belə ki, yanvar ayındakı ixtisarların demək olar yarısı "Amazon.com Inc.", "United Parcel Service Inc." və "Dow Inc". (kimya konserni) şirkətlərinin payına düşüb.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər