Gürcüstanda güclü qar səbəbindən Paravni aşırımı bağlanıb
Dünya
193
05 Feb 2026 | 23:20

Gürcüstanda güclü qar səbəbindən Paravni aşırımı bağlanıb

Gürcüstanda güclü qar səbəbindən Paravni (Pərvanə) aşırımı bağlanıb.

Moderator.az xəbər verir ki, əlverişsiz hava şəraiti ilə əlaqədar bir sıra avtomobil yollarında nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq olunub.

Müvafiq qurumların məlumatına görə, çovğun, qar yığınları və məhdud görüntü səbəbindən Koda–Partskhisi–Manglisi–Tsalka–Ninotsminda avtomobil yolunun 94–110-cu kilometrləri (Paravni aşırımı) üzrə bütün növ nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti dayandırılıb.

Bununla yanaşı, həmin yolun 110–146-cı kilometrləri arasında qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub. Digər növ nəqliyyat vasitələrinin hərəkəti isə bu hissədə sərbəstdir.

Məlumata görə, avtomobil yolunun 1-93-cü kilometrləri (Koda–Ayazma) nəqliyyatın hərəkəti üçün tam açıqdır.

Qurumlar sürücülərə hava şəraitini nəzərə alaraq səfərlərini planlaşdırmağı və yol hərəkəti təhlükəsizliyi qaydalarına ciddi əməl etməyi tövsiyə edirlər.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər