Lavrov Simonyana İrəvanın Qərblə yaxınlaşmasının təhlükələrini izah etdi
Dünya
305
05 Feb 2026 | 21:50

Lavrov Simonyana İrəvanın Qərblə yaxınlaşmasının təhlükələrini izah etdi

Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşündə İrəvanın Qərb ölkələri ilə yaxınlaşmasının təhlükələrini izah edib.

Moderator.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir.

"Görüşdə ənənəvi müttəfiqlərlə əməkdaşlıq hesabına Qərblə yaxınlaşmanın təhlükəsi izah olunub" - məlumatda qeyd olunur.

Rusiya Xarici İşlər Nazirliyi vurğulayıb ki, Moskva və İrəvanYerevan arasında hərbi-siyasi, ticarət-iqtisadi və mədəni-humanitar əlaqələrin gücləndirilməsinə yönəlmiş təşəbbüslərin həyata keçirilməsi vacibdir.

Görüşdə tərəflər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesi ilə bağlı regional məsələləri müzakirə ediblər və 3+3 Regional Əməkdaşlıq Platformasının fəaliyyətinin vacibliyini qeyd ediblər.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər