Nüvə silahı ilə bağlı müqavilə başa çatdı
Dünya
193
19:50, Bu gün

Nüvə silahı ilə bağlı müqavilə başa çatdı

"Çin ABŞ ilə nüvə potensialındakı fərq səbəbindən hazırkı mərhələdə nüvə tərk-silahı danışıqlarına qoşula bilməyəcək".

Moderator.az-ın TASS-a istinadən xəbərinə görə, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cian keçirdiyi brifinqdə Vaşinqtonun Pekinin nüvə tərk-silahı mexanizmlərində iştirakını təmin etmək istəyini şərh edərkən bildirib.

Sözçü əlavə edib ki, Çin nüvə tərk-silahının qlobal strateji sabitliyin qorunması prinsiplərinə uyğun olmasını daim müdafiə edir.

ABŞ dəfələrlə Pekinin Vaşinqton və Moskva ilə birlikdə yeni nüvə tərk-silah mexanizmlərinin hazırlanmasında iştirak etməsinin vacib olduğunu bildirib. Çinin Vaşinqtondakı səfirliyindən isə bildirilib ki, ABŞ-nin bu təşəbbüsünü ədalətsiz və əsassız hesab edir. Diplomatik missiya bu mövqeyi dövlət katibi Marko Rubionun son çağırışına cavab olaraq açıqlayıb.

Yeni Strateji Hücum Silahlarının Məhdudlaşdırılması Müqaviləsinin (START) müddəti fevralın 5-də başa çatıb. Rusiya Xarici İşlər Nazirliyindən bildirilib ki, hazırkı şəraitdə tərəflər artıq müqavilə üzrə heç bir öhdəlik daşımırlar və növbəti addımlarını sərbəst seçə bilərlər. Əlavə olunub ki, Moskva strateji hücum silahları ilə bağlı siyasətini ABŞ-nin hərbi siyasəti və ümumi strateji vəziyyətin hərtərəfli təhlili əsasında məsuliyyətlə və şüurlu şəkildə formalaşdıracaq.

Link kopyalandı!
Son xəbərlər