İran "Xürrəmşəhr-4" uzaqmənzilli hipersəsli ballistik raketləri ilk dəfə "yeraltı raket şəhəri", bunkerə yerləşdirilib.
Moderator.az xəbər verir ki, bu barədə yerli "Fars" agentliyi İran İnqilabı Keşikçiləri Korpusundakı (SEPAH) mənbəyə istinadən məlumat yayıb.
Məlumatda bildirilib ki, "Xürrəmşəhr-4" atmosferdən kənarda 16 Max, atmosferdə isə təxminən 8 Max sürət yığır və buraxıldıqdan sonra İsrail sərhədlərinə çatma vaxtı təxminən 10-12 dəqiqə qiymətləndirilir.
"Xürrəmşəhr-4" raketi rəsmi olaraq 2023-cü ildə təqdim edilib. Uçuş məsafəsi təxminən 2000 km, döyüş başlığı isə təqribən 1500 kq-dır (ayrı-ayrı nəşrlərdə daha yüksək rəqəmlərə də rast gəlinir).
Xatırladaq ki, 2025-ci ilin iyununda İsrail Hərbi Hava Qüvvələri bu raketlərin saxlandığı anbarlara hücum edib. ABŞ isə İranın raket proqramının dayandırılmasında israrlıdır.