Əgər Kiyev ehtiyac duyarsa, Polşa Ukraynaya dronların müqabilində MiQ-29 qırıcılarını verməyə hazırdır.
Moderator.az “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Polşa Baş naziri Donald Tusk Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.
“Biz burada qarşılıqlı mübadilə haqqında danışdıq və Ukrayna belə bir mübadiləyə hazırdır. Söhbət Ukrayna dronlarından gedir, çünki biz Polşada dronlara qarşı effektiv mübarizə sistemi qurmaq istəyirik. Ukrayna ilə əməkdaşlıq bu məsələdə bizim üçün prioritetdir”, - o əlavə edib.
Tusk Polşanın Ukraynaya hərbi yardımının 48-ci paketini açıqlayıb.
Onun sözlərinə görə, yeni paketin dəyəri təxminən 200 milyon zloty (55 milyon dollardan çox) olacaq və əsasən zirehli texnikaya yönəldiləcək.