Britni Spirs ailəsindən qorxduğunu açıqlayıb.
Moderator.az xəbər verir ki, pop-ulduz Britni Spirs şəxsi sosial şəbəkə hesabında paylaşım edib.
"İnsan kimi hamımız bir-birimizlə bağlı olmaq və heç vaxt tək qalmamaq istəyirik. Ailənizə kömək etməyin sizi təcrid edəcəyini və özünüzü kənarda hiss etdirəcəyini deyənlər yanılırlar. Bağışlaya bilərik, amma heç vaxt unutmuruq. Əlaqə arzusu həmişə çox vacibdir! Ailəmin mənə necə davrandığını nəzərə alsaq, sağ olduğum üçün inanılmaz dərəcədə şanslıyam, amma indi onlardan qorxuram", - deyə Spirs yazıb.
Müğənni, qohumlarının ona qarşı etdikləri rəftarla bağlı günahlarını etiraf edəcəyinə inanmır. Paylaşımın sonunda isə mövzunu dəyişərək "Ayağımın barmağını iki dəfə sındırdığım üçün bir aydır rəqs etmirəm", - deyə bildirib.
Xatırladaq ki, Britni Spirs 2007-ci ildə əsəb pozğunluğu səbəbi ilə başını qırxdırıb. 2008-ci ildə psixiatrik müayinədən sonra "Toxic" ulduzu atasının himayəsinə verilib. Bu himayə rəsmi olaraq 2021-ci ildə başa çatıb. O vaxtdan bəri Britni səhnəyə çıxmayıb, sosial media paylaşımları isə pərəstişkarları arasında onun ruhi sağlamlığı ilə bağlı narahatlıqlar yaradıb.