21:05
1°C
Bakı
Vaşinqton konstruktiv cavab verərsə, Rusiya strateji hücum silahlarının məhdudlaşdırılması ilə bağlı ABŞ-la dialoqa hazırdır.
Moderator.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Əgər hər hansı konstruktiv cavab olarsa, əlbəttə ki, dialoq aparacağıq”, - Kremlin sözçüsü vurğulayıb.
Qeyd edək ki, Nüvə silahlarının yerləşdirilməsinə dair son beynəlxalq hüquqi məhdudiyyət olan START Müqaviləsi Vaşinqtonun onu uzatmaqdan imtina etməsi səbəbindən bu gün başa çatır. Payızda Rusiya START-ın müddəti bitdikdən sonra daha bir il ərzində Yeni START məhdudiyyətlərinə riayət etməyi təklif edib. ABŞ Prezidenti Donald Tramp bunu "yaxşı fikir" adlandırsa da, Vaşinqton hələlik heç bir praktik addım atmayıb.