Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə davam edən münaqişənin bir ildən az müddətdə diplomatik yolla həll olunacağına ümid etdiyini bildirib.
Moderator.az xəbər verir ki, o bu barədə Fransanın "France 2" telekanalına verdiyi müsahibədə danışıb. Zelenski münaqişənin Ukrayna üçün müstəqillik və mövcudluq məsələsi olduğunu vurğulayıb və Kiyevin bu qarşıdurmada məğlub olmayacağına ümid etdiyini deyib.
"Ümid edirəm ki, bir ildən az müddətdə sülh əldə olunacaq", - deyə Ukrayna prezidenti bildirib.
Bundan əvvəl Rusiya Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlarda Moskvanın əsas tələblərinin ərazi məsələləri və Ukrayna qoşunlarının Donbasdan çıxarılması ilə bağlı olduğunu açıqlayıb.