ABŞ və Rusiya hərbi idarələr arasında yüksək səviyyəli dialoqu bərpa edir
Dünya
173
17:46, Bu gün

ABŞ və Rusiya hərbi idarələr arasında yüksək səviyyəli dialoqu bərpa edir

ABŞ və Rusiya hərbi idarələr arasında yüksək səviyyəli dialoqu bərpa etmək barədə razılığa gəlib.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ-ın Avropa Komandanlığı məlumat yayıb.

Məlumata görə, razılaşma iki ölkənin hərbi nümayəndələri arasında Əbu-Dabidə keçirilən görüşdə əldə olunub.

“Rabitə kanalı davamlı olaraq iki ölkənin hərbi rəhbərliyi arasında əlaqəni təmin edəcək”, - komandanlıqdan bildirilib.

Qeyd edək ki, ABŞ və Rusiya hərbi idarələri arasında yüksək səviyyəli əlaqə 2021-ci ildə dayandırılıb.

Link kopyalandı!
Son xəbərlər