18:54
1°C
Bakı
Rusiya və Ukrayna "157-157" formulu üzrə əsir mübadiləsi aparıblar.
Moderator.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.
"Kiyev rejiminin nəzarətində olan ərazidən 157 rusiyalı hərbçi geri qaytarılıb. Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 157 hərbi əsiri təhvil verilib", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff əsir mübadiləsini elan etmişdi. Onun sözlərinə görə, Rusiya və Ukrayna bu barədə Əbu-Dabidə keçirilən danışıqlar zamanı razılığa gəliblər.