Tailandda parlament seçkisinə görə spirtli içki satışı qadağan edildi
Dünya
131
17:30, Bu gün

Tailandda parlament seçkisinə görə spirtli içki satışı qadağan edildi

Tailandda erkən parlament seçkisi ilə əlaqədar müvəqqəti olaraq spirtli içki satışına ölkə miqyasında qadağa qoyulacaq.

Moderator.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Tailandın turizm polisi məlumat açıqlayıb.

Bildirilib ki, qadağa fevralın 7-si saat 18:00-dan (Bakı vaxtı ilə saat 15:00 - red.) başlayaraq 24 saat müddətində qüvvədə olacaq:

"Tailand qanunvericiliyinə əsasən, seçki dövründə bütün ölkə ərazisində hər növ spirtli içkilərin satışı və paylanması qəti qadağandır. Bu tədbir minimarketlərə, supermarketlərə, restoranlara, bütün əyləncə məkanlarına və gecə klublarına, eləcə də spirtli içkilərin satışı və ya paylanması ilə əlaqədar istənilən tədbirlərə şamil edilir".

Polis bildirib ki, qadağanı pozanlar qanunla nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb ediləcəklər. Bu şəxslər altı aya qədər həbs, 10 min bata (314 dollar) qədər cərimə və ya hər ikisi ilə cəzalandırıla bilərlər:

"Bütün vətəndaşlardan və turistlərdən seçkilərin rahat, şəffaf və ədalətli keçirilməsini təmin etmək üçün anlayışlı olmalarını xahiş edirik".

Tailand Seçki Komissiyasının qərarı ilə Milli Assambleyanın (parlament) Nümayəndələr Palatasına (aşağı palata) erkən seçkilər 8 fevral 2026-cı il tarixinə təyin edilib.

Bu, Tailand kralı Maha Vaçiralonqkornun Baş nazir Anuthin Çanvirakunun "hakimiyyəti xalqa qaytarmaq" üçün aşağı palatanı buraxmaq müraciətini təsdiqləməsindən sonra baş verib.

Seçki günü Tailandda həmçinin yeni konstitusiyanın hazırlanması ilə bağlı referendum da keçiriləcək.

Link kopyalandı!
Son xəbərlər